Yaşam Döngüsü
Kor Kəpənək – JMD
“Kor kəpənək” təbiəti olmayan və baramaya çevrilərək ölümə məhkum olan hadisədən gedir. “JMD” yaradıcılığında yenidən poeziya yazmaq üzrə yeni dünya başlamışdır. “Yaşam Döngüsü” necə təkrarlanır ona şahidlik edəcəksiz. Son bir başlanğıcdır.
‘Kor Kəpənək’
Daha dönmür fikirlərim qəti
Mən kor kəpənəklərdən uzaq ömür
Nəfəssiz qalan qanad kimiyəm
Bunun acı ilə fərqi nədir?
Bədən qanad, qansız, təbiətə tərs
Özünə bəhanə axtaran bir qəfəs
Mənə ölüm pıçıldayan o səs
Yoxdur onda heç bir həvəs
Mən özümü təbiətə günah sanmış
Günəşsiz, yağışsız
Qanadı alışıb yanmış
Kor kəpənək kimiyəm
Kim dünyada günahsız qalmış
Bir ümid min təsəlli olmuş
Hər bəhanəyə inanmış
Saxta kəpənək kimiyəm.