Göydən Alma Düşdü / Hansımız Haqqlıyıq? / JMD / 2024
Yaşam Döngüsü

Göydən Alma Düşdü

Bəs mən seçməsəm? Mənə uyğunlaşmamış fikirlərin üzərindən atlasam? Hansımız haqqlıyıq?

Şəxsiyyətimizin formalaşması qulaqlarımızın eşitməyə başladığı gündən başlayırdı. Formalaşanlar isə ətrafımızdakıların, valideynlərimizin xəyallarından bir parça idi. Gözlərimiz buna şahittir. Ayaqlarımız isə məqsədi olmayan bir yolda irəliləyirdi. Sən mənim tərəfimdən çıxan və mənim formalaşdırdığım bir hekayəmsən. Bəs qəhrəman hekayənin içindən qaçsa?!

Hekayə danışacaq və dinləyəcək bir vaxtım yoxdur. Amma musiqi bəhanələrimiz var olmaq və yox olmaq arasında ilişib qalan tək səbəb idi. Fikirlər isə haqqlı və haqqsızı seçmək üzrə peşəkarlaşmışdılar. Lakin onlar öz aralarında qərar verə bilməyən uşaqlar kimi davada idilər. Dava varsa yara da var. Yara varsa dərmanı yaradacaq qəlbdə var. Qəlb?!

Heyvanları sevirsən? Bayquş məsələn? Susmağı bir ifadə idi. Göyərçini sevəcək qədər sərt idi. Meşəni əzizləyəcək qədər musiqi oxuyardı. Gözləmçiyə çevrilmək hamı tərəfdən şüphələnməyə məruz qoyacaq bir güc idi. Bayquşun susmağı sənin şüphəyə çevrilməyinə zəmanət idi. Və yarpaqların pıçıltısı meşənin qeybət etməsinə çevrilmişdi. Anlamırsan hə?!

Bir bağça yaratmaq və oranı gözəlləşdirmək 27 il vaxt aldı. Çuxura düşdüm, palçıq oldum və yağış məni təmizləyib yenidən varlıq etdi. Pəncərədən asılan pərdələrin evdəki söhbətləri gizlətdiyini anladım. Və bir də anladım ki, kəpənəklər ən gözəl baxçaya yığışarlar. Hə işdir gəlməsələr ən azından sənə gözəl bir baxça qalmış olur. Ömürləri qısadır dedilər həqiqətimizi oğurladılar. Onlara toxunma zəhərlidir dedilər, sağlamlığımızı oğurladılar. Rəngləri nə gözəldir dedilər, xasiyyəti oğurladılar. Nəyə inanırsan?!

Alma dərmək onu yeməkdən daha çətin durumdur. Hə işdir yesən beynivə qurdlar girər. Qurdlardan isə parazitlər yaranar. Parazitlər isə səni sorğulayar. Sən sorğulamağa başladığın an ürəyin bulanar, halın pisləşər və özündən gedərsən. Ayılacaqsan və ayıldıqdan sonra deyəsən başqa alma axtarmaq üçün yollara düşəcəksən. Bağbanlar məsələn öz əkdikləri almanı yemirlər. Bəlkə bağban olasan?

Neyronlarımız gün ərzində 65500 ədəd fikir istehsal edir. Bu fikirlərin içərisindən neçəsini ön plana çıxardırıq modumuza görə dəyişir. Ya da nə sərf edirsə onu masaya yatırırıq. Yeməyimiz ya zəhərli olur ya da dadlı. Məsələ süfrədə hansı fikri görmək istəməyində idi. Süfrədə yalnız olmamışıq. Yalnız heç vaxt olmursan. Çünki 65500 ədəd dost səni yalnız hiss etdirə bilməz. Gözün yol çəkdi?

Bu yaşam döngüsünün ilk toxunaşlarıdır. Ardı olacaq və sən oxuduqca başqalaşmaq arzusunda olan bir qəhrəman olacaqsan. Ya da elə zənn edəcəksən. Bütün danışılan nağıllarda sənin onları dinləmək deyə bir günahın var. Günahımız nağıl dinləməklə başladı.

JMD

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button